May 06 2020 12:52
Elshad Aliyev
Views: 53

Əmək və Əhalinin Sosial Müdafiəsi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri üzrə müəyyən edilmiş proqnozun 105,5 faiz həcmində icra edilməsi, əsassız pensiya işlərinin təmizlənməsi nəticəsində DSMF-nin xərclərinə qənaət hesabına yaranmış 200 milyon manatlıq ehtiyatı bu sahədə əhəmiyyətli dəstək olub.

AZƏRTAC xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev müsahibəsində deyib.

S.Babayev, həmçinin diqqətə çatdırıb: “Nazirlik apreldə 2,3 milyon şəxsə sosial ödənişlər - 1 milyon 270 min nəfərə pensiya, 418 min nəfərə müavinət, 298 min nəfərə təqaüd, 82 min 300 ailənin 342 min üzvünə ünvanlı sosial yardım ödənişləri həyata keçirib. Bu istiqamətlər üzrə əhaliyə təkcə aprel ayında ötən ilin müvafiq dövrünə nisbətən 27 faiz və ya 103 milyon manat çox olmaqla 480 milyon manatdan artıq vəsait ödənişi icra olunub.

Son bir ayda bu sosial təminat növləri üzrə ödənişlər ötən ilin müvafiq dövrünə nisbətən 7 faiz və ya 154 min nəfər çox insanı, 2,3 milyon vətəndaşı əhatə edib.

Bu ilin dörd ayı ərzində əmək pensiyalarının orta aylıq məbləği 2020-ci il yanvarın 1-nə nisbətən 12 faiz və ya 31,74 manat artaraq mayın 1-nə 295,3 manat təşkil edib. Mayın 1-nə olan məlumata əsasən, yaşa görə pensiyaların orta aylıq məbləği isə 329 manatdır.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə bütün növ pensiyaların orta aylıq məbləği 64,24 manat və ya 27,8 faiz artıb. Bu isə pandemiya şəraitində pensiyaçılarımızın maddi təminatının qorunmasına ciddi dəstəkdir.

Bu ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4 faiz artaraq 712,3 manata çatıb”.


Create Account



Log In Your Account