May 14 2020 13:35
Elshad Aliyev
Views: 60

Aprel ayında Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft istehsalı əvvəlki ayla müqayisədə 2 milyon 380 min barrel artaraq sutkada 30 milyon 730 min barrel təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.

Bildirilir ki, ötən ay kartel üzrə xam neftdən savayı digər şərti olmayan hasilat isə gündəlik 5 milyon 520 min barrel təşkil edib. Bununla da, apreldə OPEC-in sutkalıq istehsalı ümumilikdə 36 milyon 250 min barrel olub.


Create Account



Log In Your Account