Apr 04 2017 16:25
Ulviyye Sabirqizi
Views: 2077

Aprelin 9-da keçiriləcək imtahanlarda iştirak edən şəxslər “İmtahana buraxılış vərəqəsi”ni çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən (DİM) CBC-yə bildiriblər ki, magistratura və rezidenturaya qəbul imtahanının birinci mərhələsində, eləcə də Azərbaycan dili (ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanını Azərbaycan dilindən fərqli dildə verən abituriyentlər üçün) imtahanında iştirak edəcək namizədlər “İmtahana buraxılış vərəqəsi” ni çap edə bilərlər. “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün DİM-in saytının müvafiq səhifəsinə daxil olub “şəxsi kabinet”in istifadəçi adı və parolundan istifadə etmək lazımdır. “İmtahana buraxılış vərəqəsi”ndə imtahanın keçiriləcəyi yer, saat, “Yaddaş kitabçası”ndan çıxarış və s. zəruri məlumatlar əks olunur.

Bakalavrın imtahana buraxılış vərəqəsi (magistratura)

Namizədin imtahana buraxılış vərəqəsi (rezidentura)

Abituriyentin imtahana buraxılış vərəqəsi (Azərbaycan dili fənni)

Namizədlərin imtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədi və “İmtahana buraxılış vərəqəsi”ni özləri ilə gətirmələri vacibdir.


Create Account



Log In Your Account