Apr 04 2017 15:48
Ulviyye Sabirqizi
Views: 1549

Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən dövlət əmlakının özəlləşdirilməsi prosesinin daha optimal, rahat və operativ qaydada reallaşdırılması məqsədilə keçirilən hərraclar davam edir.

CBC-yə ƏMDK-dan bildirilib ki, komitə tərəfindən növbəti belə hərrac aprelin 4-də keçirilib. Hərracda ümumilikdə 20 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 12-si istifadəsiz kiçik dövlət müəssisəsi və qeyri-yaşayış sahəsi, 8-i isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə 3 kiçik dövlət müəssisəsi, 3 istifadəsiz qeyri yaşayış sahəsi, 8 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 3 kiçik dövlət müəssisəsi və 3 istifadəsiz qeyri-yaşayış sahəsi hərrac zamanı özəlləşdirilib.

Budəfəki hərracda ən yüksək qiymətə özəlləşdirilən əmlak Sumqayıt şəhərində yerləşən 1 saylı stomatoloji poliklinika olub. Belə ki, adıçəkilən əmlak 350 min 200 manata özəlləşdirilib. Özəlləşdirilən kiçik dövlət müəssisələrindən 3-ü paytaxtın Nəsimi və Qaradağ rayonlarında, 1-i Sumqayıt şəhərində, 2-si isə regionlarda müvafiq olaraq Yevlax şəhəri və Qubada yerləşir. Regionlar üzrə ən yüksək qiymətə özəlləşdirilən kiçik dövlət müəssisəsi Qubada yerləşən “Şahmehi” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Əmlak 100 min manata özəlləşdirilib. 

Hərracda özəlləşdirilmiş istifadəsiz qeyri-yaşayış sahələrindən 3-ü paytaxtın Nərimanov və Nəsimi rayonlarında, digərləri Mingəçevir şəhəri və Kürdəmir rayonunda yerləşir. Nəqliyyat vasitələrinin satışı üzrə isə hərraclar rəqabətli şəraitdə keçib. Ən yüksək qiyməti təklif edən iddiaçı nəqliyyat vasitəsinin sahibi olub.

Keçirilən hərracların nəticələri ilə  linkində tanış olmaq mümkündür.

Komitə tərəfindən növbəti belə hərrac aprelin 11-də keçiriləcək. Hərraca çıxarılan əmlaklarla http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=1517 keçidində tanış olmaq olar.


Create Account



Log In Your Account