Feb 13 2020 12:26
Elshad Aliyev
Views: 379

AQTA  sədri Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HQİS) ilə bağlı yenilikləri açıqlayıb.

APA xəbər verir ki, Qoşqar Təhməzli  Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sisteminin yaradılması istiqamətində bir sıra addımların atıldığını bildirib. O deyib ki, bununla bağlı işçi qrupu yaradılıb, Dünya Bankı ilə birlikdə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb: "Növbəti mərhələdə sistemin mərhələli şəkildə yaradılması üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun pilot region kimi seçilməsi və burada iri və xırdabuynuzlu heyvanların və atların identikləşdirilməsi və heyvandarlıq məhsullarının istehsalı və emalını həyata keçirən müəssisələrin qeydiyyatının aparılması nəzərdə tutulub".

Q.Təhməzli qeyd edib ki, pilot regionda 55 455 baş iri, 145 305  baş xırdabuynuzlu heyvan və 409 baş at var.

"Cari ildə bu heyvanların identikləşdirilərək qeydiyyatının aparılması nəzərdə tutulub",-deyə o əlavə edib.

 


Create Account



Log In Your Account