May 22 2020 17:56
Elshad Aliyev
Views: 154

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkəmizdə xüsusi karantin rejimi dövründə müvafiq tədbirlərin icrası üzrə ictimai iaşə müəssisələri və ərzaq satışı obyektlərində nəzarət tədbirlərini davam etdirir.

AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən xəbərə görə, agentliyin əməkdaşları qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin, ərzaq məhsullarının satışı məntəqələrində xüsusi karantin rejiminə, eləcə də agentlik tərəfindən bu sahədə hazırlanaraq təqdim edilmiş metodiki göstərişlərin tələblərinə əməl olunması ilə bağlı nəzarət tədbirləri həyata keçirir.

Agentlik əməkdaşları tərəfindən 2020-ci il mayın 22-də növbəti nəzarət tədbirləri çərçivəsində paytaxtda yerləşən “Neptun”, “Rahat” marketlər şəbəkəsi və digər ərzaq mağazalarına baxış keçirilib. Monitorinqlər zamanı qida məhsullarının satışı ilə məşğul olan sahibkarlıq subyektlərinin termiki emal olunmadan və xüsusi təmizlənmədən keçmədən istifadə olunan qida məhsullarının uyğun yerlərdə saxlanılması, bu məhsulların alıcılara xüsusi geyimli market əməkdaşları tərəfindən təqdim olunması ilə bağlı verilən tövsiyələrə əməl etməsi yoxlanılıb. Eyni zamanda bu sahədə AQTA tərəfindən hazırlanaraq sahibkarlıq subyektlərinə təqdim edilmiş metodiki göstərişlərdə nəzərdə tutulan qaydaların icrasına nəzarət həyata keçirilib.

Agentlik ərzaq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərini koronavirusla bağlı tətbiq olunmuş xüsusi rejimə əməl etməyə, istehlakçıların hüquqlarının və sağlamlığının qorunması məqsədilə təqdim olunmuş metodiki göstərişlərdə nəzərdə tutulmuş qaydalara ciddi şəkildə riayət etməyə çağırır.

Əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində karantin rejimindən mərhələli çıxış üzrə də sözügedən nəzarət tədbirləri davam etdiriləcək.

 


Create Account



Log In Your Account