Apr 17 2020 10:17
Elshad Aliyev
Views: 76

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 mart 2019-cu il tarixinə investisiya portfelinin 66%-ni ABŞ dolları təşkil edib.

APA-Economics”in Neft Fondunun bu ilin 3 ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, martın 31-ə avro ARDNF-in investisiya portfelinin 22,9%-ni, funt-sterlinq 4,8%-ni, Avstraliya dolları 0,5%-ni, Türkiyə lirəsi 0,8%-ni, Rusiya rublu 0,5%-ni, Koreya vonu 0,5%-ni, Çin yuanı 1,2%-ni, Yaponiya yeni 1,5%-ni, digər valyutalar isə 1,3%-ni təşkil edib.

Məlumata əsasən, həmçinin ARDNF-in investisiya portfelinin 10,4 mln. dollarını (ekvivalent) manat təşkil edib.

Qeyd edək ki, Fondun ABŞ dolları portfelinin 5 273,7 mln. dollarlıq hissəsini (12,8%) qızıl investisiyaları təşkil edib.


Create Account



Log In Your Account