Mar 04 2019 16:03
Ferah Sabirqizi
Views: 118

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tələbələr arasında “Uğurlu səhm seçimi” (“Stock Pitch”) müsabiqəsinə start verir. Bu müsabiqədə tələbələr investisiya seçimi və təhlili bacarıqlarını nümayiş etdirəcək, eləcə də təcrübəli mütəxəssislərdən rəy alacaqlar.

Müsabiqədə bakalavr pilləsinin son iki ilində və magistratura pilləsində təhsil alan tələbələr iştirak edə bilər. İştirakçılar dörd nəfərdən ibarət komanda şəklində olmaqla eyni universiteti təmsil etməlidirlər. Müraciətlər həm azərbaycan, həm də ingilis dilində qəbul olunur.

Müsabiqədə iştirak üçün qeydiyyat formasını doldurub iştirakçıların CV-ləri ilə birlikdə stockpitch@oilfund.az elektron ünvanına 4 aprel 2019-cu il tarixindən gec olmamaq şərti ilə göndərməyiniz xahiş olunur. Qeydiyyat formasının Azərbaycan dili versiyasını bu linkdən, ingilis dili versiyasını isə bu linkdən yükləyə bilərsiniz.

Müsabiqənin mərhələləri aşağıdakı kimidir:

Müsabiqədə iştirak üçün son qeydiyyat tarixi: 4 aprel 2019
Növbəti mərhələyə keçəcək komandaların açıqlanması: 10 aprel 2019
Seçilmiş komandaların təlimdə iştirakı, eləcə də səhmin seçimi və təhlili üçün göstərişlərin verilməsi: 13 aprel 2019
Səhm üzrə təhlilin təqdim edilməsi: 13 may 2019
Yarım-final mərhələsinə keçəcək komandaların açıqlanması: 22 may 2019
Yarım-final və final mərhələlərinin keçirilməsi: 24 may 2019. Komandalar öz təhlilləri əsasında münsiflər heyətinin qarşısında qısa bir çıxış edərək onları seçdikləri səhmin nəyə görə yaxşı investisiya olduğuna inandırmalıdırlar.

Mükafatlar:

1-ci yer: 5 000 AZN

2-ci yer: 3 000 AZN

3-cü yer: 1 000 AZN

Müsabiqədə uğurla çıxış etmiş iştirakçılar ARDNF-də təcrübə keçmək imkanı əldə edəcəklər.

“Stock pitch” nədir?

“Stock pitch” səhm üzrə investisiya ideyasının xülasəsi dəməkdir. İştirakçı komandalardan gözlənilir:

tələb olunan xüsusiyyətlərə uyğun səhmin seçimi;
həmin səhm üzrə kəmiyyət və keyfiyyət göstəricilərini nəzərə alaraq təhlillərin həyata keçirilməsi;
təhlilin nəticəsinin investisiya təklifi kimi inandırıcı şəkildə təqdim edilməsi.


Create Account



Log In Your Account