Apr 28 2020 09:29
Elshad Aliyev
Views: 63

Argentinada cari mövsümdə keçirilən futbol çempionatı vaxtından əvvəl yekunlaşıb.

AZƏRTAC Argentina Futbol Asssosiasiyasına istinada xəbər verir ki, qurumun prezidenti Klaudo Tapia bu qərarın alınmasına koronavirus pandemiyasını səbəb göstərib. Çempionatda iki mövsüm ərzində heç bir klub elit diviziondan enməyəcək. Lakin yüksəliş olacaq. Çünki 2021/2022 mövsümündə elitada klubların sayı 24-dən 28-ə çatdırılacaq. Digər liqalar arasında mübadilə məsələsi isə gələcəkdə həllini tapacaq.


Create Account



Log In Your Account