Feb 07 2019 14:58
Ferah Sabirqizi
Views: 304

Azərbaycanın ən görkəmli rejissorlardan biri Tofiq Tağızadənin 100-illik yubileyi ilə əlaqədar bu gün “Park Cinema” kinoteatrlar şəbəkəsində 1965-ci ilin “Arşın mal alan” filminin xüsusi nümayişini keçirilir. Şəbəkənin piar-meneceri Rüstəm Fətəliyevin sözlərinə görə, film Bakının üç kinoteatrında nümayiş etdiriləcək. 

“Biz əminik ki, Azərbaycan kinosunun pərəstəşkarları bu filmin böyük ekranda göstərilməsindən həzz alacaq. “Arşın mal alan” böyük bir sənət əsəridir, onu bütün dünyada tanıyırlar. Bu gün isə biz “Arşın mal alana”, Azərbaycanın ən tanınmış rejissorlardan biri olan Tofiq Tağızadənin gözü ilə baxa biləcəyik”, - Rüstəm Fətəliyev deyə bildirib.

Tofiq Tağızadə 7 fevral 1919-cu ildə Bakıda müəllimlər ailəsində anadan olub. İkinci dünya müharibəsinin iştirakçısıdır. Moskva VQİK-in rejissorluq fakültəsinin məzunudur. 1976-cı ildə Azərbaycan SSR-in xalq artisti adına layiq görülüb. “Arşın mal alan”, “Yeddi oğul istərəm”, “Uzaq sahillərdə”, “O dünyadan salam” və digər filmlərinin rejissorudur. Tofiq Tağızadə, 27 avqust 1998-ci ildə Bakıda vəfat edib.

“Arşın mal alan” filminin xüsusi seanslarla bağlı daha ətraflı məlumatı buradan ala bilərsiniz.


Create Account



Log In Your Account