May 19 2020 14:07
Elshad Aliyev
Views: 42

Güclü külək bazar günü Arizona ştatının Feniks şəhərinin ətrafında baş vermiş lokal yanğının sürətlə yayılmasına səbəb olub.

AZƏRTAC xəbər verir ki, bir neçə saat ərzində dörd dəfə artaraq altı kvadratkilometr ərazini əhatə edən yanğın nəticəsində 132 evin sakini təxliyə edilib. Alov bəzi evlərin 100 metrliyinə qədər çatıb. Feniks şəhərinin mərkəzindən 53 kilometr şimalda yerləşən məhəllədən təxminən 250 nəfər uzaqlaşdırılıb. Günün sonuna yaxın yanğının qabağını bir qədər almaq mümkün olsa da, alov Keyv-Krikdən şimal-qərbə tərəf irəliləyir. Külək şiddətlə artmaqda davam edərsə, yanğının daha geniş ərazini əhatə edə biləcəyi istisna olunmur.

Ştatın polis xidməti yanğına insan amilinin səbəb olduğunu iddia edir.


Create Account



Log In Your Account