Mar 02 2020 17:07
Elshad Aliyev
Views: 169

“Astana formatı”nda Suriya ilə bağlı beynəlxalq görüşün cari ilin martında Nur-Sultanda keçirilməsi planlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu görüşdə İran nümayəndələrinin iştirakı da gözlənilir. Lakin Qazaxıstan koronavirusun yayılması səbəbindən İran vətəndaşlarının ölkəyə daxil olmasına qadağa qoyur. Buna baxmayaraq, diplomatik, xidməti pasportların sahibləri və rəsmi nümayəndə heyətlərinin üzvləri üçün istisnalar ola bilər. Buna görə də Qazaxıstan tərəfi İrandan konkret təkliflər gözlədiyini və bundan sonra müvafiq qərar qəbul edəcəklərini bildirir.

Xarici İşlər naziri Muxtar Tleuberdi qazaxıstanlılara yüksək epidemioloji riskə malik ölkələrə getməkdən çəkinməyi tövsiyə edib. Onun sözlərinə görə, bu günə koronavirus infeksiyası ilə xəstələnənlər arasında Qazaxıstan vətəndaşları yoxdur.

Qeyd edək ki, “Astana formatı”nın növbəti beynəlxalq görüşünün mart ayında Nur-Sultanda keçirilməsi İran, Rusiya və Türkiyənin 2019-cu ildə dekabrın 10-11-də keçirilən görüşdə qərara alnmışdı.


Create Account



Log In Your Account