Mar 27 2018 16:12
Naile Hesenova
Views: 148

Astara-Astara dəmir yolu layihəsinin birinci mərhələsinin açılışı olub.

“Azərbaycan Dəmir Yolları” QSC-dən bildirildi ki, həmçinin, İranın Astara şəhərindəki  taxıl terminalının təməlqoyma mərasimi baş tutub.

Fevral ayında Astara-Astara ilk sınaq yük qatarı işə salınmışdır. Altı vaqondan  ibarət ilk yük qatarı Rusiyadan İrana yollanmışdır.

Astara-Astara dəmir yolu,  Azərbaycan vasitəsilə İran və Rusiya dəmir  yollarını birləşdirəcək “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin Qəzvin-Rəşt  yolunun davamıdır.

 


Create Account



Log In Your Account