May 07 2020 16:51
Elshad Aliyev
Views: 78

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Astara rayon şöbəsinin hərbi qulluqçuları 9 May - Qələbə Günü münasibətilə Böyük Vətən müharibəsinin bu rayondan olan iştirakçılarını - Pəlikəş kənd sakini Əli Əzizovu, Şiyəkəran kəndində yaşayan Hidayət Əliyevi, Cəbrayıl Nəhmətovu, Ərçivan qəsəbəsində yaşayan Qulam Baxşıyevi, Pensər kənd sakini Abdulla Qasımovu və İzzət Nəhmətovu ziyarət ediblər.

Xidmətdən AZƏRTAC-a bildiriblər ki, SHXÇDX-nin Astara rayon şöbəsinin rəisi, polkovnik Valeh Nəcəfov faşizm üzərində Qələbənin ildönümü münasibətilə veteranları təbrik edib, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim veteranlara diqqət və qayğı göstərdiyini, onların sosial təminatının gücləndirilməsi istiqamətində müvafiq işlər görüldüyünü diqqətə çatdırıb.

Bildirilib ki, Böyük Vətən müharibəsində qazanılmış böyük Qələbədə Azərbaycanın və azərbaycanlıların tarixi xidmətləri var. Yüz minlərlə soydaşımız faşizmə qarşı qəhrəmanlıqla vuruşub, ölkəmizin təbii sərvətləri müharibəyə səfərbər olunub. Qələbənin qazanılmasında iştirak etmiş veteranlar dövlətimiz tərəfindən daim yüksək diqqət və qayğı ilə əhatə olunub.

Ziyarətlər zamanı veteranlara “1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi” yubiley medalı təqdim olunub.

Müharibə iştirakçıları onlara göstərilən yüksək səviyyədə diqqət və qayğıya, veteranların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.


Create Account



Log In Your Account