Apr 20 2017 16:48
Ferah Sabirqizi
Views: 94

4-cü İslam Həmrəylik Oyunlarında iştirak  edəcək atletlərin qalacağı Atletlər kəndi tam hazır vəziyyətə gətirilir. Mayın 5-dən ilk idmançıların orada yerləşdirilməsinə başlanacaq. Bu barədə CBC-yə İslam Həmrəyliyi Əməliyyat Komitəsinin korporativ direktoru Elçin Səfərov məlumat verib.

Bildirib ki, könüllülərin  təlimlərinin isə, aprelin 30-dək başa çatdırılması və məkan üzrə bölünməsi planlaşdırılır. Stadionlarda da tamamlanma və mühafizə sisteminin təşkil olunması işləri bitmək üzrədir. Atletlərin idman mərkəzlərinə maneəsiz çatdırılması üçün yollarda  xüsusi zolaqların çəkilməsi işləri davam etdirilir.

“Görəcəyimiz işlər -  Azərbaycana gələcək 3000-dən artıq idmançının və 1000-ə yaxın texniki heyət üzvlərinin Atletlər kəndində yerləşdirilməsi ilə bağlıdır. Onların akkreditasiyası aparılmalıdır. Həmçinin, onların Bakı şəhəri ilə tanışılığı olacaq. Bildiyiniz kimi, 16 idman məkanında oyunlar keçiriləcək. Həm bu məkanlar, həm də bizim bəzi məşq-idman obyektlərimiz hazırlıq vəziyyətinə gətirilməlidir”.

4-cü İslam Həmrəylik Oyunlarının açılış və bağlanış mərasiminin Bakı Olimpia Stadionunda keçiriləcəyi bildirilir. 57 dövlətin idmançıları 10 gün ərzində 21 idman növü üzrə 1600-dən çox  medal uğrunda mübarizə aparacaqlar. İslam Həmrəyliyi Oyunları mayın 12-dən 22-dək davam edəcək.


Create Account



Log In Your Account