Jan 11 2018 16:21
Ferah Sabirqizi
Views: 157

İtaliya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin qətiyyətli həlli üçün ATƏT-in Minsk qrupunun işini dəstəkləməyə davam edəcək.

Bunu ATƏT-ə sədrlik edən İtaliyanın xarici işlər naziri Angelino Alfano yanvarın 11-də Vyana şəhərində keçirilən ATƏT-in Daimi Şurasında deyib.

ATƏT-in fəaliyyətdə olan sədri vurğulayıb ki, bütün həll olunmamış münaqişələrə diqqətimiz yüksək və dəyişməz olaraq qalacaq: "İtaliya 2018-ci ildə ATƏT-ə sədrlik çərçivəsində təşkilata daxil olan ölkələr arasında dialoqun intensivləşdirilməsini nəzərdə tutur ki, bu, əsas prinsiplərdən biridir".


Create Account



Log In Your Account