Feb 13 2020 17:42
Elshad Aliyev
Views: 153

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə görüşüb.

İcmadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə Tural Gəncəliyev icmalararası təmaslara hazır olduqlarını, məcburi köçkünlərin öz torpaqlarına geri dönmək istəklərini və bu müstəvidə irəli sürülən təşəbbüsləri dəstəkləmək niyyətində olduqlarını bəyan edib.

Xatırladaq ki, son zamanlar Dağlıq Qarabağın azərbaycanlı icması ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin Azərbaycandakı səfirləri, həmçinin digər rəsmi və ictimai şəxslərlə çoxsaylı görüşlər keçirib. Görüşlərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının erməni icması ilə ölkəmizin ərazi bütövlüyü çərçivəsində, sülh şəraitində birgə yaşamağa hazır olduğu diqqətə çatdırıb.

 


Create Account



Log In Your Account