Nov 28 2019 13:09
Elshad Aliyev
Views: 76

ATƏT-in fəaliyyətdəki sədri, Slovakiyanın Xarici və Avropa İşləri naziri Miroslav Layçak Azərbaycana səfərə gəlib.

"Report" xəbər verir ki, səfərdə məqsəd Slovakiyanın Azərbaycandakı səfirliyinin açılışında iştirak etməkdir.

ATƏT sədri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla və digər rəsmi şəxslərlə görüşəcək.

M.Layçak Slovakiya, o cümlədən ATƏT-lə Azərbaycan arasındakı əlaqələrin hazırkı vəziyyəti və gələcək inkişafı ilə bağlı müzakirələr aparacaq.


Create Account



Log In Your Account