Dec 13 2019 15:20
Elshad Aliyev
Views: 168

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) seçki qərargahı bələdiyyə seçkiləri ilə bağlı fəaliyyət proqramının təqdimatını keçirib.

AZƏRTAC xəbər verir ki, AVCİYA-nın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bələdiyyə seçkiləri ilə əlaqədar təşkilatın bu ilin əvvəlindən fəaliyyət planını açıqladığını və fevral ayından fəaliyyətə başladığını qeyd edib. O, aralıq hesabatın fevralın 14-dən dekabrın 13-dək olan dövrü əhatə etdiyini bildirib. Diqqətə çatdırıb ki, aralıq hesabatda seçkiqabağı siyasi mühit, söz və mətbuat azadlığı, AVCİYA tərəfindən aparılan KİV-in monitorinqinin nəticələri, sərbəst toplaşmaq azadlığı, namizədlərin irəli sürülməsi, qeydə alınması, seçici siyahıları, seçki administrasiyasının fəaliyyəti, təbliğat və təşviqat kampaniyası ilə bağlı məlumatlar öz əksini tapıb. M.Zülfüqarlı AVCİYA tərəfindən görülən işləri, həyata keçirilən tədbirləri də diqqətə çatdırıb.

“AVCİYA belə hesab edir ki, seçkilər ərəfəsində və seçkilər elan olunduqdan sonra sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində hər hansı problemlər müşahidə edilməyib. KİV-in və jurnalistlərin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq faktları qeydə alınmayıb. Vətəndaş cəmiyyəti institutlarının seçki maarifçiliyi, seçkilərin monitorinqi və müşahidəsinə hazırlıq fəaliyyətlərinə, paytaxt və regionlarda seçicilərlə görüşlərinə və tədbirlərin təşkilinə hər hansı müdaxilə və əngəllər müşahidə edilməyib. Bələdiyyələrə namizədlərin irəli sürülməsi və imzatoplama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uyğun şəkildə həyata keçirilib və kənar müdaxilələr qeydə alınmayıb. AVCİYA hesab edir ki, bələdiyyə seçkiləri ərəfəsində ölkədəki sabitlik, ictimai-siyasi mühit, mövcud qanunvericilik, söz və mətbuat azadlığı sahəsində vəziyyət şəffaf, demokratik və beynəlxalq standartlara uyğun seçkilərin keçirilməsinə əlverişli şərait yaradır”, - deyə seçki qərargahının rəhbəri bildirib.


Create Account



Log In Your Account