Sep 06 2019 10:37
Ferah Sabirqizi
Views: 1671

Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirəcək.

Yığmamız AVRO-2020-nin seçmə mərhələsində dördüncü matçına çıxacaq.

İlk üç qarşılaşmada xal qazana bilməyən Nikola Yurçeviçin yetirmələri Uelsin qonağı olacaq. Azərbaycan millisi indiyədək heç vaxt məğlub edə bilmədiyi rəqiblə görüşdə ilk xalını qazanmaq əzmindədir. 

Komandamız Kardiff şəhər stadionundakı oyunda 3 xal əldə etsə, sonuncu pilləni tərk edəcək.

Keçirdiyi bütün matçlarda uduzmasına baxmayaraq, hər dəfə qol sevinci yaşayan futbolçularımız bu uğurlu seriyanı uzatmaq üçün səfərdə rəqib qapısına yol tapmalıdır. Yığma ilk dövrədəki son görüşündə rəqibini büdrətsə, Uels final mərhələsinə vəsiqə uğrunda mübarizədə ciddi zərbə alacaq.

Bu üzdən də Rayan Giqqzin yetirmələri də qarşılaşmaya ciddi kökləniblər. Yaxşı formada olan Qaret Beyl və onun komanda yoldaşları o qədər yaxşı səviyyədə olmayan müdafiə xəttimizə çətinliklər yaşada bilər. Ona görə də səfərdən xalla dönmək üçün üç oyunda 10 top buraxan komandamızın arxa xətti daha etibarlı çıxış etməlidir.

4-cü dəfə Kardiffə səfər edən komanda Uelsin meydanında həm xala, həm qola həsrətdir. Milli bu dəfə sindromu qırmaqla ilkə imza atmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, Uels – Azərbaycan oyunu bu gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.


Create Account



Log In Your Account