Mar 10 2020 10:38
Elshad Aliyev
Views: 43

Apasport.az saytının məlumatına görə, A qrupundakı görüşləri Bakı ilə birlikdə qəbul etməli olan İtaliyada koronavirus infeksiyası üzündən karantin elan edilib.

Sərhədlərini digər ölkələrin üzünə bağlayan İtaliya hökuməti aprelin 3-nə qədər bütün idman tədbirlərini təxirə salıb. 16 milyon əhalinin məskunlaşdığı bölgə karantinə alınıb, ölənlərin sayı 450-ni keçib. Artıq A seriyasında mövsümün erkən yekunlaşması da istisna edilmir.

Baş verənlər UEFA-nın da qərarına ciddi şəkildə təsir göstərə bilər. İtaliyadakı vəziyyəti nəzarətdə saxlayan qitə futbol qurumunun mümkün variantları sırasında İtaliya millisinin Romadakı matçlarını başqa ölkəyə salma ehtimalı da var.

Qeyd edək ki, İtaliya AVRO-2020-nin A qrupunda İsveçrə, Türkiyə və Uelslə mübarizə aparacaq. “Skuadra Adzurra”nın matçları Romada, digər görüşlər isə Bakıda oynanılacaq.

 


Create Account



Log In Your Account