Jun 03 2020 14:32
Elshad Aliyev
Views: 68

Avropa Komissiyası Ermənistan aviaşirkətlərini “qara siyahı”ya daxil edib. Avrokomissiyanın qərarı ilə Ermənistan aviaşirkətlərinə məxsus təyyarələrin Avropa İttifaqına üzv olan ölkələrin ərazisi üzərindən bütün uçuşları da qadağan olunub.

AZƏRTAC xəbər verir ki, qadağa şirkətlərin fəaliyyətinin beynəlxalq təhlükəsizlik üzrə standartlara cavab vermədikləri üçün tətbiq edilib.

Avropa Komissiyasının “qara siyahı”sına Ermənistanın “Aircompany Armenia”, “Armenia Airways”, “Armenian Helicopters”, “Atlantis Armenian Airlines”, “Atlantis European Airways”, “Mars Avia” və “Skyball” şirkətləri daxil olunub.


Create Account



Log In Your Account