Apr 22 2020 17:58
Elshad Aliyev
Views: 121

Avropa Komissiyası Ukraynaya COVID-19 koronavirusu pandemiyası zamanı dəstək məqsədilə 1,2 milyard avro ayırması barədə qərarını elan edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisinin mətbuat xidməti məlumat yayıb.

Ukrayna Prezidenti Vladimir Zelenski Avropa Komissiyasının bu qərarını makromaliyyə yardımının həcminə görə misli görünməmiş adlandırıb və qeyd edib ki, bu, çətin günlərdə həmrəyliyin təzahürüdür.

Avropa Komissiyasının təklifi sonradan Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən bəyənilməlidir.

Qeyd edək ki, ümumilikdə Avropa İttifaqı 10 ölkəyə təqribən 3 milyard avro ayırır. Ukraynadan sonra bu yardımı Tunis alacaq. Aİ bu ölkəyə 600 milyon avro təqdim edəcək.


Create Account



Log In Your Account