Apr 17 2020 16:41
Elshad Aliyev
Views: 85

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen özünün Tvitter mikrobloqunda COVID-19 pandemiyası ilə bağlı Avropada karantin məhdudiyyətlərinin aradan qaldırılmasına dair üç şərt göstərib.

AZƏRTAC xəbər verir ki, Avropa hökuməti başçısının qeyd etdiyi kriteriyaların birincisi koronavirusun yayılmasının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması və yeni yoluxanların sayının azaldılmasıdır. İkincisi güclü səhiyyə sisteminin yaradılması və müalicə sahəsinin bütün zəruri materiallarla təmin olunması, üçüncüsü isə xəstələrin özünütəcridinə kifayət qədər nəzarət edilməsi və onların hərəkətinin monitorinqinin aparılmasıdır.

Eyni zamanda, Ursula fon der Lyayen bu şərtlərin karantinin tam ləğvinə gətirib çıxarmayacağını bildirib. Lyayen tövsiyə xarakterli bu şərtlərə Aİ-yə üzv olan bütün ölkələrin əməl etməsinin vacibliyini vurğulayıb. Onun fikrincə, Aİ ölkələrinin məsələyə yanaşması kompleks və mərhələli olmalı, hər bir mərhələ ciddi nəzarətdə saxlanmalıdır.


Create Account



Log In Your Account