May 06 2020 14:27
Elshad Aliyev
Views: 58

Avropa Komissiyası bu il üçün "Brent" markalı neftin bir bareli üçün orta illik qiyməti üzrə proqnozunu 38,4 ABŞ dollarına, növbəti il üçün isə 40,2 dollaradək endirib.

Bu barədə "APA-Economics" RİA "Novosti"yə istinadən xəbər verir.

Məlumata əsasən, qurumun əvvəlki qış proqnozunda qiymətin müvafiq olaraq 60,4 dollar və 56,9 dollar səviyyəsində olacağı gözlənilirdi.

"Fyuçers bazarlarına görə, "Brent" markalı xam neftin qiyməti 2020-ci ildə orta hesabla 38,4 dollar, 2021-ci ildə isə 40,2 dollar səviyyəsində olacağı proqnozlaşdırılır", - məlumatda deyilir.


Create Account



Log In Your Account