Aug 01 2017 16:30
Naile Hesenova
Views: 1501

Avropa İnsan Haqları Məhkəməsi Azərbaycanın işğal altındakı torpaqlarına səfər edərkən Ermənistan Silahlı Qüvvələrinin əsir götürdüyü Şahbaz Quliyev və Dilqəm Əsgərovun ailə üzvlərinin Ermənistana qarşı iddiası üzrə kommunikasiya başlayıb. İddianı onların həyat yoldaşları Firuzə Əsgərova və Albina Veysəlova qaldırıb. Vəkil Anar Bağırov CBC-yə açıqlamasında bildirib ki, Avropa İnsan Hüquqları Məhkəməsi Ermənistana əsirlərlə bağlı suallar ünvanlayıb:
“Eyni zamanda ictimaiyyətə açıq olan kommunikasiya sənədində Avropa Məhkəməsi qeyd olunan ərazidə effektiv nəzarəti həyata keçirən Ermənistan Respublikasını cavabdeh hesab etməklə, ona bir sıra mühüm suallar ünvanlamışdır. Dilqəm Əsgərov və Şahbaz Quliyev tutularkən onlara işgəncə verilibmi, həbs qanuni səlahiyyətlərə malik məhkəmənin qərarı ilə baş veribmi,əsirlərin məhkəmə qərarını mübahisələndirmək üçün hüquqi imkanı mövcud idimi, tərcüməçi ilə təmin ediliblərmi və bir sıra başqa suallar verilib”.
Vəkilin sözlərinə görə, hazırda Avropa Məhkəməsi ilə bir sıra yazışmalar aparılır:
“Biz baş verən yeniliklər barədə məhkəməni məlumatlandırmışıq. O cümlədən əsirlikdə olan vətəndaşlarımızın səhhətindəki narahatlıqları onlara bildirmişik. Hətta vizual olaraq da göstərmişik ki, onların üzündən də görünür onlar ağır şəraitdədirlər. Qızıl Xaç Komitəsi ilə aparılan yazışmalarda da onlar dəfələrlə səhhətindən şikayətləniblər. Biz bir çox məqamları qeyd etmişik məktublarımızda”.
O qeyd edib ki,  Avropa Məhkəməsi məktublarda olan çox məqamlara diqqət yetirib: “Eyni zamanda o məktublarda Çıraqovlar Ermənistana qarşı işinə istinad olunub. çünki həmin qərarda da məhkəmə o qənaətə gəlir ki, Dağlıq Qarabağda nəzarəti həyata keçirən Ermənistandır. Yəni qondarma rejim heç bir səlahiyyətə malik deyil. Yəni işğalçı Ermənistandır. Bu gün də bizim üçün qələbədir ki, məhkəmə bütün sualları Ermənistana ünvanlayır və bizim də ərizədə göstərildiyi kimi Ermənistan doğurdan da cavabdeh kimi görünür”.

 


Create Account



Log In Your Account