Aug 26 2019 16:12
Ferah Sabirqizi
Views: 905

Xarici ölkələrin rəsmi şəxslərinin Azərbaycanın işğal altındakı torpaqlarına qanunsuz səfərləri davam edir.

Bu dəfə Avropa Parlamentinin Almaniyadan olan deputatı Martin Zonneborn Qarabağa gəlib. Qondarma “Qarabağ Respublikası”nın rəsmi şəxsləri ilə görüşən siyasətçi səfərinin əsas məqsədinin regionda turizmin inkişafı olduğunu deyib.

Onun 25 nəfərdən ibarət nümayəndə heyəti ilə Qarabağa səfər etdiyi açıqlanıb. Martin Zonneborn 1954-cü il mayın 15-də Almaniyanın Hettingen şəhərində anadan olub. O 2000-2005-ci illərdə “Titanic” satirik jurnalının baş redaktoru olub.

Azərbaycan Xarici İşlər Nazirliyindən CBC-yə bildiriblər ki, bu deputatın adı Azərbaycanın "qara siyahısında"dır: "Avropa Parlamentinin Almaniyadan olan marginal üzvü, Martin Zonneborn hələ ötən ilin avqustunda ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etdiyi üçün onun adı "Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə qanunsuz səfər etmiş xarici ölkə vətəndaşlarının siyahısı" na daxil edilib".

 


Create Account



Log In Your Account