Apr 21 2021 13:10
Elshad Aliyev
Views: 120

“Rus qoşunlarının Ukrayna sərhədi boyunca və qanunsuz ilhaq edilmiş Krım ərazisində yerləşdirilməsi narahatlıq doğurur”.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bunu Avropa Parlamentinin Prezidenti David Sassoli AŞPA-nın yaz sessiyası zamanı çıxışında deyib.

“Gərginliyin de-eskalasiyası və Rusiyanın bir addım geri atmağı vacibdir. Onlar öz beynəlxalq öhdəliklərinə əməl etməlidir. Birgə bir-birimizi dəstəkləməli, sülhün möhkəmləndirilməsi istiqamətində çalışmalıyıq”, - deyə o vurğulayıb.


Create Account



Log In Your Account