Dec 26 2019 12:00
Elshad Aliyev
Views: 103

Yanvar-oktyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 43,1 milyon ton, yük dövriyyəsi isə 9 milyard 211,3 milyon ton-kilometr olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yüklərin 28,1 milyon tonu və ya 65,5 faizi avtomobil nəqliyyatı, 10,9 milyon tonu və ya 25,4 faizi dəmir yolu nəqliyyatı, 4 milyon 53,2 min tonu və ya 9,4 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,4 faizini və ya 6,6 milyon tonunu tranzit yüklər təşkil edib.

 


Create Account



Log In Your Account