Mar 16 2020 13:17
Elshad Aliyev
Views: 170

Avropa İttifaqı (Aİ) koronavirusla mübarizə tədbirləri çərçivəsində qoruyucu tibbi vasitələrin kənar ölkələrə ixracını qadağan edib.

APA-nın xəbərinə görə, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen bildirib.

Onun sözlərinə görə, Aİ daxilindəki tələbatı ödəmək, tibb işçilərinin təhlükəsizliyini təmin etmək məqsədi ilə xüsusi tibbi geyim formaları, əlcəklər və tibbi eynəklərin təşkilat xaricindəki ölkələrə ixracı yalnız xüsusi icazə aldıqdan sonra mümkün olacaq.

O qeyd edib ki, Aİ məsələ ilə əlaqədar hazırda üç istiqamətdə fəaliyyət göstərir: “İstehsalı artırmaq məqsədi ilə sənaye sahələri ilə işləyir, lazımlı qoruyucu vasitələri Aİ daxilində saxlayır və bunun bütün ittifaq ərazisinə paylanmasını təmin edir”.


Create Account



Log In Your Account