Apr 15 2020 15:41
Elshad Aliyev
Views: 93

Koronavirus pandemiyasının episentrlərindən biri olan Avropada bu virusa yoluxanların sayı 1 milyon nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, ölkələrin rəsmi göstəriciləri əsasında hazırlanan statistikada aprelin 15-də 959 453 nəfərin koronavirus daşıyıcısı olduğu məlum olub.

Almaniyanın NTV telekanalının təqdim etdiyi statistikada qeyd edilib ki, hazırda Fransada ahıllar evlərində şübhə altında olan 39730 hal bəzi məlumatlarda təsdiqlənmiş yoluxma kimi də tövsif olunur. Əgər həmin rəqəmlər də statistikaya daxil edilərsə, o zaman Avropada yoluxma halları bir milyonu keçmiş sayılır.

Qeyd edilməlidir ki, indiyədək dünyada koronavirusla əlaqəli ölənlərin əksəriyyəti də Avropa ölkələrinin payına düşür. Dünyada COVID-19 xəstəliyinin fəsadları nəticəsində həyatını itirən 126 min insandan 84500 nəfəri Avropa sakinləri olub. İndiyədək 411 mindən artıq insan bu xəstəlikdən sağalıb.


Create Account



Log In Your Account