Mar 11 2020 09:55
Elshad Aliyev
Views: 40

Avstraliya hökuməti yeni koronovirusla mübarizəyə 2,4 milyard dollar (təqribən 1,56 milyard ABŞ dolları) yönəldəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skott Morrison bəyan edib. “Avstraliyalıların sağlamlığını və rifahını qorumaq məqsədilə müəyyən edilmiş proqramların həyata keçirilməsi üçün bu gün biz 2,4 milyard dollar vəsait ayırdıq”, - deyə Baş nazir bildirib.

S.Morrison qeyd edib ki, həmin vəsaitin 1,2 milyard dolları (780 milyon ABŞ dollar) cari maliyyə ilində yeni koronavirusa qarşı mübarizə tədbirlərinə sərf olunacaq.

Baş nazir, həmçinin bildirib ki, martın 11-dən başlayaraq Avstraliya İtaliyadan ölkəyə girişi dayandırır. Bununla yanaşı, İtaliyadan geri dönən Avstraliya vətəndaşları cəmiyyətdən təcrid ediləcəklər.


Create Account



Log In Your Account