Mar 12 2021 11:23
Bakhtiyar Hasanov
Views: 154

Avstraliyanın "Qantas" aviaşirkəti sərnişinlərin sağlamlıq vəziyyətinin yoxlanması üçün tətbiqin sınaqlarına başlayıb.

CBC-nin məlumatına görə, "CommonPass Digital Health" tətbiqində sərnişinlərin COVID-19 testinin nəticələri, eləcə də vaksinasiya barədə məlumatlar yer alır.

Qeyd olunur ki, test nəticələri və digər məlumatlar proqrama əlavə olunur və sərnişin uçuşdan əvvəl mənfi nəticə və ya peyvəndləmə barədə məlumatı təqdim edə bilər.

"Qantas" aviaşirkəti bu ilin sonlarına yaxın beynəlxalq uçuşları bərpa etməyi planlaşdırır.


Create Account



Log In Your Account