Dec 19 2019 10:05
Elshad Aliyev
Views: 135

Avstraliyanın Yeni Cənubi Uels ştatında meşə yanğınlarına görə fövqəladə vəziyyət elan edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 19-da keçirilən brifinq zamanı deyilib. Qeyd edilib ki, hazırda yanğın fəlakət səviyyəsində olmasa da, qarşıdakı yeddi gün üçün fövqəladə vəziyyətin elan edilməsinə əsas verir. Bununla da, qarşıdakı həftə ərzində regionda hakimiyyət səlahiyyətləri regional yanğınsöndürmə xidmətinin (NSWRFS) komissarı Şeyn Fitsimmonsa keçir. Komissar bundan sonra təcili qaydada ştat ərazisində insanların təxliyəsi, yolların və magistralların bağlanması, həmçinin əsas kommunikasiyaların və kommunal xidmətlərin dayandırılması barədə göstəriş vermək hüququna malikdir.

Əlavə olaraq bildirilir ki, hazırda regionda 96 meşə yanğını qeydə alınıb. NSWRFS–in məlumatında qeyd olunur ki, Sidney, İllavarrı, Şolheyven və digər cənub rayonlarında fövqəladə yanğın təhlükəsi elan edilib. Güclü külək və quru hava yanğınla mübarizəni xeyli çətinləşdirir.


Create Account



Log In Your Account