Mar 12 2020 16:06
Elshad Aliyev
Views: 95

Avstriyada koronavirusa yoluxmuş pasiyentlər arasında ilk ölüm halı qeydə alınıb.

AZƏRTAC xəbər verir ki, İtaliyada yoluxan 69 yaşlı pasiyent Vyanadakı xəstəxanaların birində dünyasını dəyişib. Yaranmış yeni vəziyyətlə bağlı Avstriya xəstəxanalarında bütün qeyri-təcili əməliyyatlar təxirə salınıb və xəstəxanalarda pasiyentlərə baş çəkmə saatları ləğv olunub.

Avstriyada koronavirusa yoluxanların sayı isə martın 12-də 302 nəfərə çatıb.

Federal hökumət ictimai həyatla bağlı məhdudiyyətlərin növbəti mərhələsini həyata keçirməyə hazırlaşır. Martın 16-dan etibarən aprel ayının ortalarına kimi məktəblərin yuxarı sinifləri (9-12-ci siniflər), martın 18-dən isə bütün digər siniflər üzrə tədris dayandırılacaq. Hazırda Federal Təhsil Nazirliyi tədrisin teledərs və elektron resurslar vasitəsilə davam etdirilməsi üzərində iş aparır.

Yoluxma sayındakı sürətli artımın qarşısını almaq üçün Avstriya federal hökumətinin yaxın günlərdə əlavə məhdudiyyətlər barədə qərar verəcəyi istisna edilməyib.


Create Account



Log In Your Account