Mar 27 2017 10:00
Ulviyye Sabirqizi
Views: 1245

Hindistanda avtobus qəzası nəticəsində azı 10 nəfər ölüb, 25 nəfər xəsarət alıb.

CBC-nin RİA "Novosti”-yə istinadən verdiyi məlumata görə, qəza Manipur ştatında baş verib.

Qəzanın səbəbləri məlum olmasa da, sürücünün idarəetməni itirdiyini və avtobusun yoldan çıxaraq çaya düşdüyü bildirilir. Xəsarət alanların əksəriyyətini vəziyyəti ağır olduğundan ölənlərin sayının artacağı istisna olunmur.

Beynəlxalq Səhiyyə Təşkilatın məlumatına görə, hər il Hindistanda yol qəzaları nəticəsində azı 200 min insan ölür.


Create Account



Log In Your Account