Apr 15 2021 12:07
Elshad Aliyev
Views: 134

"ABŞ bu günə qədər Kipr məsələsi, eyni zamanda, Türkiyə-Yunanıstan münasibətləri ilə bağlı balanslı siyasət yürüdüb".

APA-nın xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NTV telekanalına müsahibəsində deyib.

Bu yaxınlarda ABŞ Dövlət katibi Entoni Blinkenlə telefon danışığının baş tutduğunu xatırladan Türkiyə XİN başçısı vurğulayıb ki, amerikalı həmkarından adıçəkilən məsələlərdə ABŞ-ın balanslı siyasətini davam etdirməyi xahiş edib.

M. Çavuşoğlu Türkiyə-Misir münasibətlərinə də toxunub. O qeyd edib ki, Misir ərəb dünyası, islam dünyası, habelə Afrika və Fələstin üçün əhəmiyyətli bir ölkədir.


Create Account



Log In Your Account