Mar 17 2020 12:38
Elshad Aliyev
Views: 45

Türkiyə Xarici İşlər Naziri Mövlud Çavuşoğlu Avropadan təxliyə ediləcək ölkə vətəndaşlarının sayını açıqlayıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, 3614 Türkiyə vətəndaşı Avropa ölkələrindən ölkəyə qayıtmaq üçün müraciət edib.

“Vətəndaşlarımız ölkəyə qayıtdıqdan sonra 14 gün müddətindən karantində qalacaqlar. Artıq 3614 nəfər geri dönmək üçün müraciət edib”, - deyə Türkiyə XİN başçısı vurğulayıb.


Create Account



Log In Your Account