Mar 11 2020 13:13
Elshad Aliyev
Views: 39

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Brüsseldə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın koronavirusa görə NATO-nun baş katibi Yens Stoltenberqlə əl tutub salamlaşmamasına münasibət bildirib.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, nazir bildirib ki, Türkiyə Prezidentinin Brüsseldəki salamlaşma üsulunun dünyada tətbiq olunmasına başlanılıb.

“Həmin salamlaşma bizim də ənənələrimizə uyğundur”, - deyə Türkiyə XİN başçısı qeyd edib.

Xatırladaq ki, Brüsseldə NATO baş katibi Ərdoğana əlini uzatsa da, Türkiyə Prezidenti onu geri çevirib. Ərdoğan əlini sinəsinə götürərək "korona" ifadəsini işlədib.


Create Account



Log In Your Account