May 21 2018 13:10
Ferah Sabirqizi
Views: 576

Mayın 18-də Cenevrə şəhərində "Geneve Business School"da Azərbaycan Xalq  Cümhuriyyətinin 100 illiyi ilə bağlı tədbir keçirilib.

Toplantıda  Azərbaycan Respublikasının Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin attaşesi Yusif Hüseynov açılış nitqi ilə çıxış edib. Tədbirdə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam olduğunu, bu əlamətdar hadisənin layiqincə qeyd edilməsi üçün Azərbaycan prezidenti İlham Əliyev tərəfindən müvafiq sərəncam imzalandığı qeyd olunub.  AXC-nin müsəlman Şərqində ilk demokratik respublika olması, bu dövlətin dini, irqi, etnik və cinsi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarına eyni hüquqlar verdiyini xatırladılıb. 

 


Create Account



Log In Your Account