Jul 10 2020 18:04
Elshad Aliyev
Views: 373

Türkiyənin apeliyasiya məhkəməsi Ayasofyanın məsciddən muzeyə çevrilməsinə dair Nazirlər Kabinetinin 1934-cü il 24 noyabr tarixli qərarını ləğv edib.

AZƏRTAC xəbər verir ki, hazırda tikilinin yerləşdiyi ərazi mühafizə olunur. Ayasofyanın bundan sonra məscid olaraq fəaliyyət göstərəcəyi gözlənilir.

1985-ci ildə UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən Ayasofyada 85 il sonra 2016-cı ildə ilk dəfə azan oxunub. Bu tarixi abidədən bir sonrakı azan səsi isə İstanbulun fəthinin 567-ci il dönümü münasibətilə bu il mayın 29-da eşidilib.


Create Account



Log In Your Account