Jun 30 2020 13:10
Elshad Aliyev
Views: 140

COVID-19 pandemiyasının yaratdığı iqtisadi böhrana baxmayaraq, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) 2019-2024-cü illəri əhatə edən Azərbaycan üzrə strategiyasında dəyişikliklər etməyi planlaşdırmır.

"APA-Economics"in məlumatına görə, bunu AYİB-in Azərbaycan üzrə rəhbəri İvana Duarte "Post-pandemiya: KOB-ların fəaliyyətinin bərpasına dəstək" mövzusunda onlayn konfransda çıxışı zamanı deyib.

AYİB-in nümayəndəsi bildirib ki, bank pandemiyanın yaratdığı çətin iqtisadi vəziyyətə kifayət qədər tez reaksiya verib və bunun sübutu AYİB-in 1 və 3 mlrd. dollarlıq maliyyə yardımı paketləri olub.

Qeyd edək ki, 2019-cu ilin aprel ayında təsdiq olunan Azərbaycan üzrə strategiya 3 istiqaməti əhatə edir: AYİB qeyri-neft sektorunda fərdi sahibkarlığın inkişafını dəstəkləməklə və özəl və dövlət şirkətlərinin idarə edilməsini gücləndirməsi və bununla ölkə iqtisadiyyatının şaxələndirilməsinə dəstəyi davam etdirməsi; banklar və bank olmayan maliyyə müəssisələrində kreditləşməni stimullaşdırmaqla, eləcə də milli valyutanın və kapital bazarlarının dayanıqlılığına yardım etməklə yerli müəssisələrin maliyyə vəsaitlərinə çıxışının gələcəkdə genişləndirilməsi üzərində işləməsi; bank bərpa olunan enerji mənbələrinin maliyyələşdirilməsi, enerji səmərəliliyinin artırılması, daha təmiz nəqliyyat və dayanıqlı infrastruktur da daxil olmaqla, yaşıl iqtisadiyyata dəstəyi artırması.

Xatırladaq ki, AYİB bu günə qədər Azərbaycana 172 layihə üzrə 3,4 mlrd. avroya yaxın maliyyə vəsaiti ayırıb. Hazırda bankın Azərbaycandakı aktiv portfeli 38 layihə üzrə 1,4 mlrd. avro təşkil edir. Bundan başqa, AYİB kiçik və orta biznesə məsləhət xidmətləri və 1 000-dən çox şirkətə isə dəstək göstərir.


Create Account



Log In Your Account