May 13 2020 11:51
Elshad Aliyev
Views: 53

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) bu il Türkiyə iqtisadiyyatının azalma tempinin 3,5% olacağını proqnozlaşdırır.

"APA-Economics"in bankın "Regional Economic Prospects" adlı hesabatının may buraxılışına istinadən verdiyi məlumata əsasən, azalmanın əsas səbəbi kimi COVID-19 pandemiyası və buna görə turizm və pərakəndə sektorlarında kəskin geriləmə və ixracın azalması göstərilir.

Bank 2021-ci ildə Türkiyə iqtisadiyyatının 6% səviyyəsində artacağını gözləyir.

Qeyd edək ki, Türkiyə iqtisadiyyatı 2019-cu ildə 0,9% artıb.


Create Account



Log In Your Account