Apr 16 2021 17:02
Elshad Aliyev
Views: 114

Cari ilin birinci rübündə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsi 222,4 milyon dollar olub.

Ukrayna Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, yanvar-mart aylarında Azərbaycan bu ölkəyə 122,6 milyon dollarlıq məhsul ixrac edib. Ölkəmizin Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 99,8 milyon dollar olub.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycan və Ukrayna arasında ticarət dövriyyəsinin dəyəri 771,5 milyon dollar olub, bu da pandemiya ilə əlaqədar olaraq 2019-cu illə müqayisədə 36,5 milyon dollar azdır.

Xatırladaq ki, Ukrayna postsovet məkanında Azərbaycanla ticarət dövriyyəsinə görə Rusiyadan sonra ikincidir.


Create Account



Log In Your Account