May 12 2020 17:58
Elshad Aliyev
Views: 177

Cari ilin birinci rübündə Səngəçal terminalından 4,7 milyard kubmetr “Şahdəniz” qazı ixrac olunub. AZƏRTAC xəbər verir ki, bu barədə “BP Azerbaijan” şirkəti məlumat yayıb.

Qeyd edək ki, üç ayda terminaldan gündəlik orta hesabla 51 milyon standart kubmetr (1 milyard 800 milyon standart kubfutdan çox) “Şahdəniz” qazı ixrac edilib. Rüb ərzində “Şahdəniz”dən qazın sualtı boru kəmərləri vasitəsilə Səngəçal terminalına göndərilməsi davam edib. Terminalın texniki emal sistemlərinin gündəlik gücü hazırda “Şahdəniz” qazı üçün təqribən 85 milyon standart kubmetrdir. Ümumi qaz emalı və ixracı gücü isə (AÇG səmt qazı da daxil olmaqla) gündəlik təqribən 105 milyon standart kubmetr təşkil edir.

Qaz terminaldan əsasən Cənubi Qafqaz Boru Kəməri (CQBK), Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi sistemi və terminalın qaz emalı obyektlərini “Azəriqaz”ın qazpaylama sistemi ilə birləşdirən SOCAR-a məxsus qaz kəməri ilə ixrac olunur.


Create Account



Log In Your Account