May 25 2021 12:02
Elshad Aliyev
Views: 128

Azərbaycan Ordusunun hərbi qulluqçularının mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərmək, şəxsi heyətin ruh yüksəkliyini, döyüş əzmini artırmaq və asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə azad olunmuş ərazilərimizdə dislokasiya olunan bölmələrin şəxsi heyəti üçün bir sıra tədbirlər həyata keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin səyyar təşviqat qruplarının təşkil etdiyi tədbirlərdə müxtəlif yarışlar, oyunlar və viktorinalar keçirilib. Yarışlarda qalib olan əsgərlərə mükafatlar təqdim olunub.

“Əsgərə məktub” layihəsi çərçivəsində hərbi qulluqçulara çatdırılan məktublar onların böyük marağına səbəb olub. Hərbi qulluqçular məktub müəlliflərinə öz minnətdarlıqlarını bildiriblər.

Tədbirlərdə şəxsi heyətə vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunub.


Create Account



Log In Your Account