Dec 25 2019 12:18
Elshad Aliyev
Views: 122

“Azərbaycan Hava Yolları” bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə Trend-ə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski bildirib. Onun sözlərinə görə, qurumun bütün heyəti gücləndirilmiş rejimdə işləyəcək:

“Azərbaycan Hava Yolları” QSC-nin sərnişinlərə, hava gəmilərinə və yüklərə xidmət göstərən bütün xidmət və təşkilatların növbələrlə fasiləsiz çalışdığını nəzərə alaraq Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə standart iş rejimi daha da gücləndiriləcək və sərnişinlərə, baqajlara, yüklərə, həmçinin hava gəmilərinə lazımi xidmətlər yüksək səviyyədə göstəriləcək”.


Create Account



Log In Your Account