Mar 05 2020 12:02
Elshad Aliyev
Views: 42

Martın 5-də Tbilisidə Azərbaycan-Gürcüstan biznes forumu öz işinə başlayıb.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində Azərbaycan İş Adamları Birliyi (AZEBİ) ilə Avropa İttifaqı-Gürcüstan Biznes Şurası arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Bildirilib ki, bu sənəd iki ölkə arasında iqtisadi əlaqələrin inkişafında, iş adamlarının qarşılıqlı investisiya qoyuluşunda və qarşılıqlı sərmayələrin həcminin artırılamasında mühüm rol oynayacaq.

Sənədi AZEBİ-nin sədri Nəriman Qurbanov və Avropa ittifaqı-Gürcüstan Biznes Şurasının baş katibi Zviad Çumburadze imzalayıblar.


Create Account



Log In Your Account