Mar 28 2017 10:57
Ferah Sabirqizi
Views: 710

Bu ilin yanvar-fevral ayları ərzində “Azneft” İstehsalat Birliyi üzrə 1 milyon 15,7 min ton neft və 827 milyon 327 min kubmetr qaz hasil olunub.

“Azneft” İstehsalat Birliyindən  bildirilib ki, birlik fevral ayı üçün qarşıya qoyduğu hədəfə çatıb. İlin ötən iki ayı “Azneft” İstehsalat Birliyi üçün uğurlu dövr olub. Birlikdə cari ilin ötən dövrü ərzində iqtisadi göstəricilərin yüksəldilməsi, hasilatın təmin edilməsi, yeni texnologiyaların mənimsənilməsi istiqamətində mühüm işlər görülüb.

“Azneft” cari ilin yanvar-fevral ayları üçün qarşıya qoyulmuş neft və qaz hasilatı planını yerinə yetirib. Eyni zamanda, birliyin kollektivinin həyata keçirdiyi texniki-geoloji tədbirlər nəticəsində istismar olunan quyulardan əlavə neft-qaz çıxarılıb.

Yataqların tammiqyaslı istismara daxil edilməsi, yeni quyuların qazılması işi ötən ay da uğurla davam etdirilib. Fevral ayı ərzində “Azneft”in sifarişi əsasında 8 quyu qazılaraq istismara verilib.

Ötən 2 ayda fəaliyyətsiz quyu fondundan 8 quyu planlaşdırıldığı halda, faktiki olaraq 21 quyu istismara qaytarılıb. Bu quyulardan 2 min 369 ton neft hasil edilməsi planlaşdırıldığı halda, faktiki olaraq 3 min 54 ton neft alınıb ki, bu da plandan 685 ton çoxdur.

Bu nailiyyətlərin əldə olunmasında mühüm amillərdən biri də fəaliyyətdə olan işlək quyu fondundan optimal rejimləri seçməklə istifadə edilməsi və səmərəli texniki-geoloji tədbirlərin aparılması olub. Belə ki, cari ilin əvvəlindən 103 geoloji tədbir keçirilib, nəticədə 12 min 805 ton neft hasil edilib. Bu da plana qarşı 25 tədbir çox və 6 min 135 ton çox neft deməkdir. Həyata keçirilən texniki və texnoloji tədbirlər nəticəsində isə 6 min 42 ton plana qarşı 7 min 290,5 ton neft hasil edilib.


Create Account



Log In Your Account