Jul 11 2020 14:36
Elshad Aliyev
Views: 330

BMT-nin dərc etdiyi "Davamlı İnkişaf Hesabatı - 2020" - yə görə Azərbaycan 166 ölkə arasında Davamlı İnkişaf Məqsədləri İndeksində 54-cü sırada yer alıb.

Bu göstəriciyə görə, ölkəmiz bütün qonşularını geridə qoyub.

Hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci, Türkmənistan 114-cü yerdədir.

Azərbaycan sağlamlıq və rifah, yoxsulluq və aclığın ləğvi, təmiz su və kanalizasiya, ucuz və təmiz enerji, davamlı şəhər və qəsəbələr, sülh, ədalət və səmərəli qurumlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədlərində irəliləyiş əldə edib.

Davamlı İnkişaf Məqsədləri İndeksində ölkəmiz mümkün olan 100-dən 72,6 bal toplayıb.

Müqayisə üçün: Şərqi Avropa və Orta Asiyada orta göstərici 70.9 baldır.

Hesabata görə, Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan insanlar  (yoxdur) qeydə alınmamışdır. Cəmiyyətin iqtisadi bərabərsizliyini ifadə edən Gini əmsalı burada 38,6-dır və bu, dünyanın ən yaxşı göstəricilərindən biridir.

 


Create Account



Log In Your Account